UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

Hazırda oxunan: UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

637840

UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna (BOS) ilkin baxış keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama yayıb.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa qədər bütün işlərin yekunlaşacağını vurğulayıb:
 

"Arenaya ilkin baxış olub. UEFA-nın bu mərhələ üçün tələbləri bəllidir. Hazırda bu istiqamətdə iş gedir. Bütün görülən işlər stadionun təyin edilən vaxta kimi tam hazır olmasına hesablanıb. UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir".


Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını BOS-da keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin