Azərbaycan liqasında bir oyun təxirə salınıb

Hazırda oxunan: Azərbaycan liqasında bir oyun təxirə salınıb

591020

Azərbaycan Basketbol Liqasında (ABL) XV tur yekunlaşıb.

Turun qapanış oyunu bu gün Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan BK” və “Neftçi İK” arasında baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən, əlavə vaxta gedən oyunun sonunda “AAAF Xırdalan BK” rəqibi üzərində 104-102 hesablı qələbə qazanıb.

Matçın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan BK”dan Devin Pullum (35 xal, 5 asist ), “Neftçi İK”dan isə Davit Lomidze (24 xal, 4 ribaund) olub.

Qeyd edək ki, “Gəncə BK” – “Olimpik Şəki BK” komandaları arasındakı oyun texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb. (report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin