Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib

Hazırda oxunan: Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib

59079
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanmaqla, ən azı yarışın bürünc medallarını özlərinə təmin ediblər.
 
Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb ”“ 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.
 
Məhəmmədəli Tahirov isə 1/4 finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq işğalçı ölkə idmançısı rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib.
 
Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin