Voleybolumuzun Qarayevi- Bu gün onun doğum günüdür...

Hazırda oxunan: Voleybolumuzun Qarayevi- Bu gün onun doğum günüdür...

254507
Moderator.az xəbər verir ki, bu gün Azərbaycanın voleybolçusu və sabiq məşqçisi Faiq Əli oğlu Qarayevin doğum günüdür. O, 1959-cü il yanvarın 11-də Ağstafa rayonunda anadan olub. Voleybola Bakı şəhəri 70 saylı məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb. Öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. İlk voleybol məşqçisi Yuri Alekseyeviç Qlotkovdur.xa0

Məşqçi kimi fəaliyyətinə 1984-cü ildə başlayıb. 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş Neftçi) SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb. 1989-1990-cı illərdə mövsümdə bürünc mükafata yiyələnib.xa0xa0

1991-ci ildə komanda SSRİ kubokuna yiyələnib. 1992-ci ildə Türkiyədən vətənə qayıdıb. 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yeri tutub. Onun məşqçiliyi altında Azərreyl AVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb. 2015-ci ildə Azərbaycan qadın milli valeybol komandasının məşqçisi təyin olunub.

2018-ci ildə F.Qarayev səhhətində yaranan ciddi problemə görə məşqçilik karyerasını başa vurub. Lakin o, məşqçi kimi karyerasını başa vurmasına baxmayaraq, Voleybol Federasiyasının Birinci vitse-prezidenti vəzifəsini icra edir.xa0 xa0

Faiq Qarayevin Azərbaycan voleybolu üçün xidmətləri əvəzsizdir. Biz də doğum günü münasibəti ilə voleybolumuzun altmış yaşlı Qarayevini təbrik edirik.xa0
xa0xa0
Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin