İmişli rayonu Cəfərli kənd sakini Amil Həbibli idarə etdiyi "Belarus-89" markalı traktorla yolda velosiped sürən rayon sakini Şahin İbrahimovu vurub.
Moderator.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.İbrahimov hadisə yerində ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.



























































































