İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - xa0Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.xa0
DİN Mətbuat Xidmətindənxa0Moderator.az-a bildirlib ki, hadisə nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.
xa0
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.xa0

































































































