"AXC iqtidarının başına onda daş düşdü ki..."

Hazırda oxunan: "AXC iqtidarının başına onda daş düşdü ki..."

139127
AXC iqtidarında qətiyyət çatışmazlığının səbəbləri nədən qaynaqlanırdı sizcə?

Moderator.az-ın əməkdaşı bu sualla müraciət etdiyi İsveçrədə mühacirətdə yaşayan tanınmış yazar Elbəyi Həsənlidən olduqca qalmaqallı cavab alıb:

"AXC iqtidarının başına onda daş düşdü ki, Pənah Hüseyn baş nazir təyin olundu. Məncə, həmin təyinatdan sonra hər şey AXC iqtidarının əleyhinə işlədi...
Şübhəsiz ki, Rusiya və İran AXC-nin iqtidardan getməsini arzulayırdı və bunun üçün ciddi işlər görürdü. Elə Türkiyə də AXC-dən narazı idi. Dəmirəlin Naxçıvanda iqtidara gəlmiş Heydər Əliyevə 100 milyon dollar verməsinə də məhz bu kontekstən baxmaq lazımdır. Ancaq ən önəmli faktor AXC-nin daxilində gedən parçalanmadan qaynaqlanır. İsa Qəmbər və Əli Kərimli elə o vaxtdan iqtidarda daha çox nüfuz sahibi olmaq üçün bir-biri ilə rəqabət aparırdı. Rəhim Qazıyev, az sonra İsgəndər Həmidov öz davranışları ilə AXC-nin xalq arasındakı nüfuzuna zərbə vurdular. Rusiyaya söykənən Sürət Hüseynovun gün-gündən artan iqtidar ehtirası aləmi bir-birinə qatdı. Üstəgəl prezident Elçibəyin qətiyyətsizliyi, mən idarəçilik təcrübəsinin azlığından doğan qorxaqlıq deyərdim, AXC iqtidarını  süquta sürüklədi. Xüsusən, Elçibəyin Kələkiyə gedişi bu iqtidarın belini qırdı. Son dərəcə məsuliyyətsiz bir qərarla Elçibəy nəyinki prezident kimi öz üstündən xətt çəkdi, o, həm də AXC-nin xalq arasındakı nüfuzuna öldürücü zərbə vurdu. Bu hadisənin üstündən 23 il keçsə də xalq AXC-Müsavat iqtidarı dönəmində olan siyasətçilərə bir daha ehtimad göstərmədi. Hazırda isə bu düşərgədə olan siyasətçilər yavaş-yavaş sıradan çıxmaq üzrədir. Həmin vaxt Rəsul Quliyevin Heydər Əliyevə stavka etməsi də yaddan çıxmamalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin