Azərbaycana qar yağacaq

Hazırda oxunan: Azərbaycana qar yağacaq

59206
Hava kəskin dəyişəcək. Qeyri-sabit hava şəraiti oktyabrın 28-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşama doğru hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir. 

Temperaturun ötən günlərlə müqayisədə kəskin, 10 dərəcə aşağı enəcəyi, oktyabrın 26-27-də paytaxtda maksimal temperaturun gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir. Hava şəraiti oktyabrın 25-i gecədən oktyabrın 27-dək arabir yağıntılı keçəcək. 

Respublikanın rayonlarında isə oktyabrın 25-də hava şəraitinin əvvəlcə şimal və qərb, axşama doğru isə əksər rayonlarda yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin