“Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Hazırda oxunan: “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

53188

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.

“Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının, onlara dəyişikliklərin və ya təşəbbüs qaydasında işlənib hazırlanmış və onun fəaliyyət sahəsinə aid edilən qaydalar toplularının hazırlanmasına dəstək göstərmək, onların ekspertizasını keçirərək rəy vermək, bununla da vətəndaş cəmiyyətinin inkişafina, azad sahibkarlıq subyektlərinin ədalətli rəqabətinə, şəffaf bazar mexanizmlərinin formalaşmasına zəmin yaratmaqdır.

Texniki Komitəyə ümumilikdə metrologiya sahəsi üzrə çalışan 22 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilmişdir.

Qeyd edək ki, metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin