Hüquq müdafiəçisi aclıq aksiyası keçirəcək

Hazırda oxunan: Hüquq müdafiəçisi aclıq aksiyası keçirəcək

47365
Hüquq müdafiəçisi Vidadi İsgəndərli aclıq aksiyası keçirəcək. Bu haqda “Yeni Müsavat”a V.İsgəndərli özü məlumat verib. 
“Ziya Məmmədovun adından terrorla hədələnmişəm. Terrorla hədələnməyimlə bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Lakin heç bir tədbir görülməyib. Buna görə də aclıq aksiyası keçirib Ziya Məmmədovun mənə qarşı etdiklərinə hüquqi qiymət verilməsini tələb edəcəyəm” ”“ deyə V.İsgəndərli bildirdi. O, əlavə etdi ki, ona qarşı cinayət araşdırlmayınca aksiyanı dayandırmayacaq: “Başqa yolum qalmayıb. Şikayətlərimə baxılmır. Həkimlərin rəyindən asılı olaraq quru və ya sulu aksiya keçirəcəyimə qərar verəcəyəm”. 
V.İsgəndərli aclıq aksiyasına başlayacağı günü də açqıladı: “İyunun 6-da 15:00-dan başlayaraq yaşadığım Bakı şəhəri, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi ev 2, mənzil 45-də aclığa başlayacağam. Aclığa başladığım vaxt evimdə mətbuat konfransı keçirib bəzi sənədləri açıqlayacağam. Azərbaycanda fəaliyyətdə olan bütün səfirlikləri, KİV nümayəndələrini, siyasi liderləri də evimə dəvət edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin