Ukraynalı komandir əsgərlərinə “ölərik, ruslara təslim olmarıq” əmri verdi - (Video)

Hazırda oxunan: Ukraynalı komandir əsgərlərinə “ölərik, ruslara təslim olmarıq” əmri verdi - (Video)

42521

Sevastopol yaxınlığında Rusiya desantının mühasirədə saxladığı Ukrayna hərbi bazasının komandiri əsgərlərinə “ölərik, ancaq ruslara təslim olmarıq” əmri verib

Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Perevalnıy kəndində dislokasiya olunmuş 39-cu briqadanın komandirinə Rusiya “spesnaz”ı tərəfindən ultimatum verilib. Əgər saat yarım ərzində briqadanın şəxsi heyəti silahlarını təhvil verməsə və hərbi kazarmaları müqavimətsiz boşaltmasa, ruslar hücuma keçəcək.



Ukrayna ordusunun ehtiyatda olan zabiti Sergey Lanşin bildirib ki, o, bu dəqiqələrdə 39-cu briqadanın komandiri ilə danışıb.

“Komandir təslim olmamağı qərara alıb, əsgərlərinə ölənə qədər vuruşmaq əmri verib” - deyə o, bildirib.

S.Lanşin deyib ki, komandir onun vasitəsilə yerli və xarici KİV-lərə müraciət edərək tezliklə bazaya gəlməyi xahiş edir.


“Qoy onlar bu cinayəti öz gözləri ilə görsünlər” - deyə Lanşin komandirin adından bildirib.

Jurnalistlər xəbər verir ki, Perevalniy istiqamətində Rusiya desantının ikinci kalonu-15 “Ural” və bir neçə zirehli “Tiqr” maşını hərəkət edir.

Digər məlumata görə, Ukrayna Ali Radası ölkənin təhlükəsizliyinə qarant olan ölkələrə təcili kömək üçün müraciət edib. Ukraynadakı hadisələr getdikcə daha dramatik xarakter alır.

Daha bir məlumata görə, bu gün səhər tezdən Kiyevdə hərbi komissarlıqlar səfərbərlik başlandığını elan ediblər. Hərbi mükəlləfiyyətli bütün kişilər qeydə alınır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin