Moderator.az 13 iyun tarixinin icmalını təqdim edir:
- ABŞ Konqresi xa0Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması ilə əlaqədar qanun layihəsini təqdim edib. Senatorlar Con Makkeyn və Ben Kardinin təqdim etdiyi qanun layihəsi bu həftənin cümə axşamı səsverməyə çıxarılacaq. Digər qanun layihələri əsasən bank sektoruna yönəlib. Konqres eyni zamanda İrana qarışı da sanksiyalara düzəliş təklifləri verib. Qeyd etmək lazımdır ki, qanun layihələrində prezident Trampın bu sanksiyaları təxirə salmaq və ya yumşaltmaq kimi müdaxiləsinə icazə verilmir. Moskva bu tədbirləri diqqətlə izləyir və Kreml sözçüsü D.Peskov narahatçılıq keçirdiklərini bildirib.
- Bakıda Böyük Britaniya səfirliyi “Hyatt Recensi”x9d otelində hülya həzrət kraliça II Elizabetin ad günü münasibətilə qəbul keçirib. Qəbula hakimiyyətin rəsmiləri, millət vəkilləri, partiya liderləri və tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər dəvətli olunublar. xa0Qəbulda çıxış edən xa0Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib.
- Prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.
- Moskva meri Sobyanin 12 iyun antikorrupsiya etiraz mitinqini "təhlükəli təxribat" adlandırıb və qan tökülmədiyini möcüzə hesab edib. Qeyd edək ki, Moskvada tutulan 866 etirazçının 136-sı yeniyetmədir. Hakimiyyəti narahat edən isə rus gənclərin etirazda fəallığıdır.
- 25 ildə ilk dəfə olaraq ABŞ Vaşinqtondakı Rusiya səfirliyinə 12 iyun Rusiya günü münasibətilə təbrik göndərməyib. ABŞ dövlət katibi Tillerson bu gün Xarici məsələlər üzrə komitədə çıxış edərkən ABŞ-Rusiya münasibətlərinin daha da pisləşdiyini vurğulayıb.
































































































