Ermənistan ordusunun itkiləri: 2000 əsgər - Gizlədilən məlumatlar ortaya çıxdı

Hazırda oxunan: Ermənistan ordusunun itkiləri: 2000 əsgər - Gizlədilən məlumatlar ortaya çıxdı

170157
Ermənistanda “ANYA”x9d tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan erməni ordusunun itkilərini açıqlayıb.

T.Akopyan 1994-cü ildən indiyə kimi Ermənistan ordusunun 2 min itki verdiyini bildirib: “Lakin bu haqda dəqiq məlumatı Ermənistanın Müdafiə Nazirliyi verə bilər”x9d.

T. Akopyan əlavə edib ki, 2016-cı ildə “aprel müharibəsi”x9dndən sonra Ermənistanın Müdafiə Nazirliyi demək olar ki, hər gün hərbi qulluqçunun ölməsi haqda məlumat yayır: “1994-cü ildən başlayaraq, ordudakı itkilərlə bağlı dəqiq məlumatları yalnız Müdafiə Nazirliyi yaya bilər. Lakin son illərdə bir sıra media orqanı, ictimai təşkilatlar monitorinqlər aparır, itkilər haqda danışırlar. İtkilərin əhəmiyyətli hissəsi 1995-1998-ci ildə olub. Daha sonra isə ən böyük itki 2016-cı ildə oldu. Ermənistan ordusu 162 itki verdi”x9d.

T.Akopyan 2017-ci ilin yanvar-fevral ayları ərzində Ermənistan ordusunun 9 itki verdiyini deyib. Lakin o, bunların rəsmi açıqlanan rəqəmlər olduğuna da diqqət çəkib.
“1994-cü ildən başlayaraq, ümumilikdə Ermənistan ordusunun 2000 hərbi qulluqçusu ölüb. Bu, təxmin edilən məlumatlardır. Dəqiq məlumat isə Müdafiə Nazirliyində var”x9d, - deyə o bildirib.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin