Bu gün onun doğum günü idi - FOTOLAR

Hazırda oxunan: Bu gün onun doğum günü idi - FOTOLAR

146343

Bu gün Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Mütəllib oğlu Novruzovun doğum günüdür.

Cahangir Novruzov  31 iyul, 1954-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Novruzov Mütəllib Nəsrulla oğlu uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbinin müəllimi olub. Anası ölməz sənət korifeyimiz, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovadır.  

Cahangir Novruzov 1971-ci 1976-cı illərdə Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsində,  Mehdi Məmmədovun  sinfində ali təhsil alıb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar alıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub.

1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb.

1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət alıb. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsinin professorudur.

2011-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki FÓ™aliyyÓ™tlÓ™rinÓ™ görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.  


Moderator.az kollektivi olaraq Cahangir Novruzovu doğum günü münasibətilə ürəkdən təbrik edirik. Ona can sağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzulayırıq. 




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin