YAP-dan konstitusiya dəyişiklikləri təklifinə reaksiya...

Hazırda oxunan: YAP-dan konstitusiya dəyişiklikləri təklifinə reaksiya...

145028

Millət vəkili Aydın Mirzəzadə Moderator.az-a açıqlamasında konstitusiyaya təklif edilən dəyişiklikləri şərh edib. Millət vəkili bu dəyişikliklərin Azərbaycanın inkişafına tam cavab verdiyini bildirib:

“Bu dəyişiklik çağdaş Azərbaycanın inkişaf tələblərinə cavab verir. Azərbaycanın əhalisinin sayı 10 milyona yaxınlaşır. Biz əhalisinin sayı çox olan ölkəyə çevrilməkdəyik. Iqtisadiyyatımız güclənir, beynəlxalq əlaqələrimiz genişlənir, beynəlxalq bazarlara çıxmaq imkanlarımız artır. Bütün bunlar dəyişikliklərin həyata keçirilməsini vacib edir. Bu dəyişikliklərin içərisində bir qrup məsələ var ki, bu məsələ demokratik mühitin dərinləşməsinə, digər qrup məsələ isə idarəetmə mexanizminin daha da çevikləşməsinə xidmət edir. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması praktikası dünyada var. Fransada, Türkiyədə uzun müddət prezidentlərin səlahiyyəti 7 il olub. Rusiyada isə bu göstərici 6 ildir.

Iş burasındadır ki, dövlət başçısı sadəcə cari məsələlərin həlli ilə məşğul olmur. Təmsil etdiyi ölkənin strateji inkişaf proqramının cəmiyyət tərəfindən dəstəkləndiyi təqdirdə, bu planı həyata keçirir. Bir sıra hallarda bu proqramların həyata keçirilməsində 5 il azlıq təşkil edir. Hesab edirəm ki, 7 il optimal bir müddətdir.

Bu gün Azərbaycan iqtisadiyyatının yenidən qurulması, beynəlxalq birlikdə nüfuzunun artması, Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsinə qaldırılması, Azərbaycanın regionda iqtisadi-maliyyə-siyasi mərkəzə çevrilməsinə dair bir çox uğurlu layihələr hyata keçirilməkdədir. Bu baxımdan dövlət başçısının səlahyyət müddətinin 7 ilə çatdırılması bu proqramların uğurla başa çatdırılmasına xidmət edir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin