Aprel ayının əvvəllərində baş verən döyüşlər zamanı Azərbaycan vətəndaşları ilə yanaşı bir çox əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də könüllü şəkildə Azərbaycan ordusunun sıralarına qoşulmaq istədiklərini bəyan etdilər. Həmin vaxt Müdafiə Nazirliyindən bildirildi ki, Azərbaycan orusu düşməni məğlub etməyə kifayət edir və hələ ki, könüllülərin ordu sıralarına qəbuluna gərək yoxdur. Ancaq dünəndən başlayaraq Müdafiə Nazirliyi nəhayət ki, daxil olan çoxsaylı müraciətləri müsbət cavablandırdı, müəyyən qaydalar çərçivəsində könüllülərə qapı açdı.xa0
Bəs görəsən Azərbaycan ordusunun sıralarına qoşulmaq istəyən əcnəbilərin, Türk dövlətlərindən olan qardaşlarımızın müraciətləri də nəzərə alına bilərmi? Ümimiyyətlə əcnəbilərin Azərbaycan ordusunda xidmət etməsi mümkündürmü?
Moderator.az-ın məsələ ilə bağlı suallarına hərbi ekspert Üzeyir Cəfərov aydınlıq gətirib.
Ü.Cəfərov bildirib ki, qanunla əcnəbilərin, eləcə də vətəndaşlığı olmayan şəxslərin ordumuzun sıralarına qoşulması mümkündür:xa0
“Ötən ilin fevral ayında Nazirlər Kabineti anlaşma əsasında hərbi xidmət keçməyin qaydaları və yolları haqqında qərar qəbul edib. Bu qərar Azərbaycan vətəndaşı olanlarla yanaşı, əcnəbilərin və vətəndaşlığı olmayanların Azərbaycan ordusunun sıralarında xidmətini istisna etmir. Əcnəbilər müəyyən edilmiş parametrlərə üzrə uyğun gələrsə, Müdafiə Nazirliyi, ümumiyyətlə güc strukturları onları hərbi xidmətə qəbul edə bilər. Bu, bizdə problem deyil, heç bir məhdudiyyət qoyulmur, Azərbaycan ordusunda xidmət etmək istəyən əcnəbilər çox rahat şəkildə Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə müraciət edə bilərlər. Ancaq öncədən hansı ixtisasda və harada xidmət keçmək istədiklərini müəyyənləşdirməlidilər, çünki onların arzu və istəklərinə uyğun qərar qəbul ediləcək”x9d.xa0
Hərbi ekspert əcnəbilərin ordu sıralarına qəbul edilməsinin şərtlərini də açıqlayıb:xa0
“Təbii ki, hər müraciət edəni də xa0ki, orduya qəbul etməyəcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də müəyyən olunmuş bütün göstəricilərə uyğun gəldiyi təqdirdə hərbi anadı qəbul edəcəklər, ordu sıralarında olduqları müddətdə Azərbaycan dövlətinə sadiq olacaqları ilə bağlı imza atacaqlar. xa0Eyni zamanda da həmin şəxslər üçün məsuliyyət yaranacaq ki, sabah hər hansısa bir xətaya, qanundan kənar hərəkətə yol verdiklərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən ağır maddələri ilə cəzalanacaqlar”x9d. xa0
xa0
Rumiyyə




































































































