Erməni faşizminin əsl üzü -Foto

Hazırda oxunan: Erməni faşizminin əsl üzü -Foto

130745

Bu, Tərtər rayonunun Qarahacılı kəndinin yaralı sakinidir. Ermənilər kəndi haubitsa və minaatanlardan atəşə tutmağa başlayanda, Cəlal maşına oturub uşaqlarını Bərdəyə aparıb. Qalanlarının ardınca qayıdarkən isə, onun maşını düşmən mərmisinə tuş gəlib. 

Onun qardaşı oğlu ölüb, özü isə ağır yaralanıb, mərmi qarnını dağıdıb, o, öz bağırsaqlarını yerdə gördüyünü deyir...

Həkimlər onun gözünü xilas edə biliblər, amma göz almacığının arxasındakı qəlpəni hələ də çıxara bilməyiblər... Ona 23 yaşlı qardaşı oğlunun öldüyünü hələ deməyiblər.

Ağır döyüşlər nəticəsində hərbçilərimiz kəndi atəşə tutan erməni batareyasını məhv ediblər və beləliklə də ölən və yaralananların intiqamını alıblar. 

Amma məsələ bunda deyil. Məsələ ondadır ki, bu hadisələr, erməni işğalçısının əsl üzünü bir daha göstərdi. Biz düşmən hərbçiləri ilə müharibə edirdik, işğalçıları məhv edirdik, amma dinc əhali ilə döyüşmürdük, yaşayış məntəqələrini və mülki vətədaşları atəşə tutmurduq. 


Düşmənin hədəfində isə dinc sakinlərdir... Cəlal erməni işğalından zərərçəkəndir, belə ki, o işğal edilmiş Ağdamdan qaçqın düşüb. O, qaçqınlıq həyatını Tərtərdə yaşayırdı, amma adı erməni işğalçısı olan ”“ şərin əli bura da uzandı. 

Mən üç uşağın yaralı anasının danışdıqlarını dinlədim.

Mehparə xanım, atışma başlayarkən uşaqlarının yan otaqda dərs oxuduqlarını dedi, əri evdə yox idi. O, pilləkənə çıxıb, elə həmin an ondan bir neçə metr aralıda haubitsa mərmisi yerə düşüb, qəlpələrdən biri onun budunu, digəri isə çiynini parçalayıb. 

Uşaqlar (!!!) analarının qışqırtısına çıxıblar və onu qan içində görüblər ”“ bundan dəhşətli nə ola bilər?

Bu insanların günahı nədir? Dinc sakinlərin atəşə tutulması nəyə lazım idi? Onların günahı nədir? Azərbaycanlı olduqları üçün məhv edilməli idilər?

Bu insanlar bu əməllərindən sonra öz “soyqırım”x9dlarından danışırlar? Soyqırımı törədən sizsiniz ”“ bunu Xocalıda da etdiniz, indi də davam edirsiniz!!!

Amma mən inanıram ki, tezliklə Azərbaycan əsgərinin simasında Allahın cəzasına düçar olacaqsınız!



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin