General-polkovnik Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi Azərbaycan cəmiyyətində böyük rezonans doğurub
Media bir neçə gündür bu mövzunu müzakirə etməkdədir. Eldar Mahmudovun işdən çıxarılmasından sonra xa0Baş Prokurorluğun yaydığı açıqlamada bildirildi ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 yüksək rütbəli zabiri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə həbs olunub.xa0
Modern.az saytı MTN-də baş verənlərə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevdən münasibət öyrənib. Ə.Nağıyev olayla bağli fikirlərini bildirib:
“Çox təəssüflər olsun ki, bu bizim millətə xas olan xüsusiyyətdir. Yıxılana balta vuran çox olur. Buna mən tarixdən də çoxlu misallar gətirə bilərəm. xa0Nizamidən, Nəsimidən tutmuş, Hüseyn Cavidə xa0qədər. Dünən, bir ay bundan qabaq az qalırdı desinlər ki, yıxılan evin dirəyi odur, bu gün isə başlayıblar baltalamağa. Yəni yıxılana balta vurmaq bu millətin xüsusiyyətidir. Ancaq Allah məni bu missiya ilə yaratmayıb. Allah məni ayrı missiya ilə yaradıb. xa0O cür işlərlə məşğul ola bilmərəm. Kim nə deyirsə, öz işidir. İkinci bir tərəfdən isə xa0söhbətə başlayıb məsələni çözməyə çalışsam, xa0çox şeyləri gərək deyəm”x9d.
Eks-nazir bildirib ki, məsələni dərindən açıb ortaya qoysa, xa0o zaman bu xa0məsələnin bu qədər eybəcər hala gəlib çıxmasında günahkar olanların hamısının eybi açılacaq:xa0
“Onda da çox adamların kürkünə bit düşəcək. Çünki hələ Heydər Əliyevin zamanından başlayaraq, bu məsələ ilə əlaqəli çox şeyləri bilirəm. Ona görə məsələnin üzərindən qısa keçirəm. Milli Təhlükəsizlik Nazirliyi hansısa başqa nazirlik deyil. Bu nazirlik dövlətin həm qulağıdı, həm də gözü. Əgər 7 nəfər general və polkovnik olan ən yüksək rütbəli zabitlər həbs olunursa, deməli, dövlətin qulağı da, gözü də xarab imiş. Bu çox pis şeydir. Sadəcə, bunu deyə bilərəm ki, Allah bundan xa0betərindən qorusun”x9d.






































































































