“Onun dövründə bu nazirlik rüşvətin və korrupsiyanın at oynatdığı orqana çevrildi”x9d

Hazırda oxunan: “Onun dövründə bu nazirlik rüşvətin və korrupsiyanın at oynatdığı orqana çevrildi”x9d

101342
Almaniyada mühacirətdə olan tanınmış hüquqşünas Əlövsət Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən kənarlaşdırılmasını öz arşınıyla ölçüb:

"İndi xəbər portallarında milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunması haqqında xəbər ən önəmli yer tutur. Bu həqiqətdir ki, məhz onun nazirliyi dövründə bu nazirlik əslində Azərbaycanında rüşvətin və korrupsiyanın at oynatdığı bir orqana çevrildi. Aparılan kadr islahatları, struktur dəyişikliyi, az qala DİN-ə alternativ olan bir qorumun yaradılması, insanların bəzi hallarda cinayətlərə təhrik edilməsi, hətta bəzən TV-lərin fəaliyyətinə birbaşa müdaxilə (MTN-in bütün tədbirləri jurnalistlər deyil, onların özlərinin tərəfindən hazırlanması və TV-lərə ötürülməsi, Quba və İsmayıllı hadisələri barədə aparılan çəkilişlərin TV-lərdən alınması və arxivlərindən götürülməsi) kimi digər zərərli vərdişlər bu nazirliyin ictimai nüfuzuna ciddi zərbə vurdu.xa0
Eyni zamanda kadr məsələlərində və edilən müraciətlərə baxılmasında əsas meyar kimi rüşvət rol oynadı. Bizə bəlli olan hər bir qanunsuz fakt haqqında etdiyimiz çoxsaylı müraciətlərin heç birinə cavab ala bilmədik. Xüsusilə Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət etmiş şəxslərdən 15-20 min rüşvət tələbi haqqında dəfələrlə nazirliyə, Baş Prokurora və ölkə rəhbərliyinə ünvanlandığımız onlarla müraciətimizin heç birinə cavab ala bilmirdik.
Buna baxmayaraq Eldar Mahmudovun və barəsində hər gün onlarla məlumat yazılan Ziya Məmmədovun vəzifələrindən azad olunmasına və ya olunacağına sevinmirəm. Çünki onlar bizə bəlli olmayan əsas və səbəbə görə təyin olunduğu kimi bizə bəlli olmayan səbəb və əsasa görə də vəzifədən azad edilir, əslində nələrin baş verməsi haqqında ictimayyətə məlumat verilmir. Eyni zamanda hamınız kimi mənə də bəllidir ki, onların yerinə qeyrilərinin təyin olunması mövcud sistemin dəyişməsinə səbəb olmayacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin