"Bu, üzdəniraqların davranışıdır..."

Hazırda oxunan: "Bu, üzdəniraqların davranışıdır..."

627377
"Bu iddiaların gerçəkliklə heç bir əlaqəsi yoxdur, tamamilə cəfəngiyyat və uydurmadır..."
 
"Üzdəniraqlıq elə bir haldır ki, onu dəyişmək mümkün deyil..."
 
"Keçmiş məhbuslar Udarov və Saviçev bir qrup şəxslər tərəfindən zorlanıb, bu faktı cidd-cəhdlə gizlədib, bu da həbsxana anlayışlarına görə ölümlə cəzalandırlır..."
 
Priqojin keçmiş "vaqnerçilər"in müsahibəsinə görə hədə-qorxu gəlib...
 
"Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin sabiq "vaqnerçilər"in qalmaqallı müsahibələrini şərh edərkən bəyan edib ki, hər iki məhbus, guya, mavidir və bunu digər məhbuslardan gizlədib.
 
Moderator.az xəbər verir ki, bu fikirləri o, özünün mətbuat xidmətinin "Telegram-kanal"ında yazıb.
 
Priqojin muzdlu məhbusların Ukraynada onun əmri ilə vəhşiliklər və kütləvi qətllər törədilməsi barədə ifadələrindən son dərəcə qəzəblənib.
 
Priqojin "Vaqner"in hərbi cinayətləri barədə "Gulagu.net" nəşrinə sensasion müsahibə verən keçmiş "vaqnerçilər" Azamat Uldarovu və Aleksey Saviçevi ağır sərxoş halında olan "üzdəniraqlar" adlandırıb.
 
Onun sözlərinə görə, keçmiş muzdlular, guya, "bir yığın paranoidal cəfəngiyyat" söyləyib.
 
"İddiaların heç birinin gerçəkliklə heç bir əlaqəsi  yoxdur. Tamamilə cəfəngiyyat və total uydurmadır. Bu adamlar gah "Vaqner qrupu" özəl hərbi şirkətinə zəng vurub ağlayır, üzrxahlıq edir, gah da saxtalaşdırılmış ifadələr verir", - Priqojin bəyan edib.
 
Onun sözlərinə görə, "bu və bunabənzər olaylarda birdəfəlik yağlı nöqtənin qoyulması" üçün bir neçə qərar qəbul edilmişdir:
 
1. "Lokal müharibələr və hərbi münaqişələr Liqası" Uldarov və Saviçev barəsində RF Cinayət Məcəlləsinin 207.3 maddəsi üzrə cinayət işinin açılması barədə ərizə təqdim edib.
 
2. Bu Liqa jurnalist Vladimir Oseçkin barəsində "şantaj"a görə ərizə ilə müraciət edib.
 
3. Bu Liqa "Rusiya Cəzaların İcrası Federal Xidmətinin (CİFX)  əməkdaşlarının daxil ola biləcəyi bir qrup şəxslər barəsində ərizə tədqim edib; bu qrup "cəza çəkən şəxslər barəsində ifşaedici materialları toplayır və sonradan bu şəxsləri qanunazidd hərəkətlərə məcbur etmək üçün bu materiallardan istifadə edir".
 
"Biz belə bir vəziyyətlə üzləşmişik: Cəza çəkən Udarov "bir qrup şəxlər tərəfindən zorlanıb", bunun videogörüntüləri "Gulagu.net" nəşrində yerləşdirilib.
 
Uldarov bu faktı cidd-cəhdlə gizlədib, bu da həbsxana etikasının kobud surətdə pozulmasıdır və həbsxana anlayışlarına görə ölümlə cəzalandırılır.
 
Saviçev Aleksey, alınan məlumatlara görə, "Ağ qu quşu" həbsxanasında zorlanıb, bu faktı gizlədib, bu da həmçinin həbsxana anlayışlarına görə ölümlə cəzalandırılır.
 
Onlar kamera yoldaşlarını aldadıb, çünki zonada kişilərlə yaşamaqda davam edib. Xarici agent, Rusiyanın düşməni Oseçkin əldə edilən məlumatları "Vaqner qrupu" özəl hərbi şirkətinin nüfuzdan salınması üçün istifadə edib.
 
Biz belə imkanların qarşısının alınmasını özümüzə borc bilirik, çünki ya kriminal birliyin nümayəndələri, ya CİFX əməkdaşları, ya da hər ikisi Oseçkinlə açıq-aşkar əməkdaşlıq edib", - Priqojin bəyan edib.
 
Nəticədə Priqojin nədən Uldarov və Saviçevin bu qədər "aşağılandığı" üzərində düşünür. Onun sözlərinə görə, hansısa səbəb olmalıdır.
 
"Əbəs yerə Rusiya əhalisinin əksəriyyəti həmişə bu anlayışla yaşamayıb ki, üzdəniraq həmişə üzdəniraq olaraq qalır.
 
Üzdəniraqlıq elə bir haldır ki, onu dəyişmək mümkün deyil. Hər beş dəqiqədən bir ifadələrdə müşahidə etdiyimiz dəyişikliklər elə "üzdəniraq davranış" adlanır", - Priqojin bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin