Xankəndindəki "dövlət naziri" "FSB" agentinin başçılığıyla "rus icması"yla görüşdü...-FOTO

Hazırda oxunan: Xankəndindəki "dövlət naziri" "FSB" agentinin başçılığıyla "rus icması"yla görüşdü...-FOTO

609432
Azərbaycan Respublikası ərazisindəki 32 illik separatçı-terrorçu rejimin yeni qondarma "dövlət naziri" Qurgen Nersisyan dünən, martın 9-da "icma" rəhbəri Aleksandr Bordovun başçılıq etdiyi "Qarabağın rus icması"nın nümayəndələrini qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın Tert.am nəşri məlumat yayıb.
 
Qurgen "tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, "erməni-Rusiya münasibətləri çoxəsrik tarixə malikdir və mədəniyyətlərarası ünsiyyətə keyfiyyətcə yeni nəfəs vermək üçün hər cür səy göstərmək lazımdır".
 
“Vurğulamaq istərdim ki, son vaxtlar Qarabağın rus icmasının yüksək səviyyədə təşkilatçılığı qeyd olunur və buna görə mən bu mühüm işə töhfə verənlərə təşəkkür edirəm. Rus dilinin populyarlıq səviyyəsini artırmaq və mədəni həyatı canlandırmaq üçün mən daim sizinlə açıq ünsiyyətdə olmağa hazır olduğumu bildirirəm və hökumətin imkanları daxilində iştirak etməyə və töhfə verməyə çalışacağam”, - deyə Qurgen çərənləyib.
 
Xatırladaq ki, qondarma "Qarabağ rus icması"nın rəhbəri təyin olunmuş Aleksandr Bordovun Rusiyada anadan olduğu və Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX-"FSB") əməkdaşı olması haqda məlumatlar var.
 
"Görüşdə sosial, təhsil, mənəvi-mədəni həyat, eləcə də gələcək əməkdaşlıq, birgə proqramların həyata keçirilməsində fasiləsizliyin təmin edilməsi ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub"- üzdəniraq xəbərdə belə deyilir.
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin