“Özünü göylə aparır, saymamazlıq edir, belə qabağa gedə bilməzsən...”

Hazırda oxunan: “Özünü göylə aparır, saymamazlıq edir, belə qabağa gedə bilməzsən...”

586098
“Həyat çox sürətlə gedir. Kənardan insana baxıb deyirlər ki, oturub yaşayır. Bir növ bəxtəvərlik oxuyur, müakirə edirlər. Bu həyatı yaşayanlar bilər. Həmin anı onlar yaşasalar, başlarına gəlsə, heç kimi qınamazlar. Bəzən efirlərə çıxırıq, aparıcılar sual ünvanlayırlar, danışmağa, cavab verməyə məcbur oluruq. Cavab verməyə bilmərik, çünki milyonlarla insan bizə baxır. Bir də görürsən deyirlər ki, bu sözü şou, efir xatirinə dedi. Bizim ailəmiz, yaxınlarımız, qonşularımız var, niyə yalandan danışaq ki?! Bəlkə də kimlərsə bunu edir, amma mən heç vaxt etmərəm. Halbuki biz yaşadığımızı, gördüyümüzü deyirik. Müğənni, dəmir, daş deyil ki. Biz də ağlayırıq, gülürük, problemlərimiz olur”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib.
 
 
“Hər zaman gənc müğənnilərə bir söz deyirəm. İstəyirsənsə hörmətli olasan, özündən böyük müğənnilərə hörmətlə yanaş. Bu çox vacibdir. Mən hər zaman bu hörməti göstərmişəm və özümə qarşı da görmüşəm. Bəzən olur ki, 1-2 ildir sənətə gəlib, amma o qədər özünü göylə aparır, saymazlıq edir. Sən belə qabağa gedə bilməzsən. Şəxsiyyətlə sənət bir-birini tamamlamalıdır. Səhnəyə 10 yaşımda gəlmişəm. Özümdən böyük sənətkar görəndə qabağına qaçırdım ki, bir salam verim. Bir dəfə də Yaşıl teatrın səhnəsində rəhmətlik Telman Adıgözəlov çıxış edirdi. İndiyə qədər xatırlayıram ki, mən səhnəyə çıxıb, gül verənə qədər necə həyəcan keçirirdim”, - deyə müğənni deyib.
 
Müğənni duet ortaqlarından da danışıb.
 
 
“2004-cü ildə Aqşin Fateh və Elşən Xəzərlə duet oxumuşdum. Bu duetə görə bizi bir çox xarici ölkələrə toylara dəvət etdilər. İsrailə belə getmişdik. O mahnının hər yerdən sədası gəlirdi. Bu mahnı hit oldu, baxmayaraq ki, o duetə qədər bir çox insanlarla duetlər ifa etmişdim”, - deyə müğənni bildirib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin