"Putin harasa qaça bilməyəcək; ya onu öldürəcəklər, ya da özü intihar edəcək..."

Hazırda oxunan: "Putin harasa qaça bilməyəcək; ya onu öldürəcəklər, ya da özü intihar edəcək..."

583979
Rusiya diktatoru Vladimir Putin Rusiya Federasiyasının müharibədə məğlubiyyətindən sonra ölkədən harasa qaça bilməyəcək, çünki ya onu öldürəcəklər, ya da özü intihar edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "TSN"-ə müsahibəsində hüquq müdafiəçisi, Ukrayna Strateji Araşdırmalar və Təhlükəsizlik İnstitutunun direktoru Pavel Lısyanski danışıb.
 
"Düşünürəm ki, Putin harasa qaça bilməyəcək. Birincisi, bu, Rusiya elitası üçün sərfəli deyil. Hesab edirəm ki, onu Hitlerin və ya Stalinin taleyi gözləyir. Yəni o, ya özünü zəhərləyəcək, ya da onu öldürəcəklər. Ola bilsin ki, o, harasa getməyi  istəyərdi, amma o, heç vaxt qaça bilməyəcək, ona bunun üçün icazə verilməyəcək. Diktatorların qaça bilmədiyi hallar çox olub.Yanukoviç bu qaydadan istisna idi. Bir sözlə Putin ya özü intihar edəcək, ya da yaxın ətrafı onu zəhərləyəcək," -deyə Lısyanski vurğulayıb.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin