Şair-jurnalist Asif Asimanın 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi

Hazırda oxunan: Şair-jurnalist Asif Asimanın 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi

76797
Bu gün Sumqayıtdakı N. Nərimanov adına Mədəniyyət Evində şair-jurnalist Asif Asimanın 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
 Tədbirin aparıcısı, aktyor İzaməddin Bağırov A. Asimanın yaradıcılığından geniş bəhs edib, onun ilk növbədə bir vətənpərvər şair olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, onun əsərlərində milli vətənpərvərlik ruhu öndə durur. Yubiley gecəsində şairin qələm dostları ilə yanaşı, yerli ictimaiyyət nümayəndələri və ziyalılar da iştirak edirdilər. 
    
Ziyalılardan Hacı Cəfər Quliyev, şairlərdən Əşirəf Veysəlli, Rafiq Oday və başqaları çıxış edərək A. Asimanı 60 illik yubileyi münasibətilə təbrik etmiş, şairin həyat və yaradıcılığı barədə danışmış, ona yeni yaradıcılıq uğurları arzulamışlar. 
 
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Asif Asimanın indiyə kimi 7 şeir və 1 publistik kitabı çap edilmişdir. Yubiley gecəsində şairə fəxri fərmanı və qiymətli hədiyyə təqdim edilmişdir.
   
Gecənin sonunda çıxış edən A. Asiman tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur. 

Namiq Dəlidağlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin