İŞİD-in zəfər taktikasının sirri açıldı

Hazırda oxunan: İŞİD-in zəfər taktikasının sirri açıldı

89611
Amerikalı alimlər kompüter analizi yolu ilə İŞİD-in hərbi strategiyasını modelləşdiriblər.

Avropa.info xəbər verir ki, kompüter proqramına 2014-cü ilin ortasından bu yana İŞİD-in iştirakını əks etdirən 2200-dən çox epizod yüklənilib. Ekspert Paulo Şakariana deyir ki, ABŞ aviasiyasının bombardmanları ilə İŞİD-in strategiyası arasında əlaqə tapıblar. Bombardmanların artması göstərir ki, İŞİD-çilər irimiqyaslı yerüstü əməliyyatları dayandırıb əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə partlayış törətməyə keçirlər. 

Alimlər müəyyən edib ki, genişmiqyaslı hücumlardan öncə bomba doldurulmuş avtomobillərlə icra edilən kamikadze hücumları artır. İŞİD-in bu taktikası İraq ordusunu öz qüvvələrini parçalamağa məcbur edir. Belə ki, arxa cəbhədə yerləşən şəhərlərdə baş verən partlayışlardan sonra hadisə yerinə xeyli sayda hərbçi göndərilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin