Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Hazırda oxunan: Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

641175

Oktyabrın 8-də yerli vaxtla saat 16:00 radələrində Rusiyanın internet seqmentində genişmiqyaslı nasazlıq qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sboy.rf” və “Downdetector” monitorinq portallarının məlumatlarında bildirilib.
 

Nasazlıq T-Bank, Sovcombank və “Alfa-Bank”, “Avito”, Google, YouTube və RuTube, “Ivi” və KION onlayn kinoteatrları, “Dnevnik.ru” təhsil platforması, Rusiya Dəmir Yollarının saytı, bir sıra mobil operatorlar və “Pyaterochka”, “Magnit”, DNS kimi pərakəndə satış şəbəkələrinin saytlarına təsir edib.


Ən çox şikayət “Avito” platformasının fəaliyyəti ilə bağlı qeydə alınıb. Son 24 saat ərzində platforma ilə bağlı 14 mindən çox problem bildirişi qeydə alınıb. “Downdetector”un məlumatına görə, ən ciddi nasazlıqlar Moskva və Sankt-Peterburqda müşahidə olunub.

Qeyd edək ki, daha əvvəl Sasovo şəhərində “Sasta” zavodunun ərazisində yanğın baş verdiyi bildirilmişdi. Zavodun ərazisində “Yandex DC Sasovo” data mərkəzinin yerləşdiyi qeyd olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin