Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

Hazırda oxunan: Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

641161

Cari ilin ilk 9 ayı ərzində 28 kişi nikaha daxil olarkən arvadının soyadını qəbul edib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Həmçinin, 2026-cı ildə ad, soyad və ata adını dəyişdirənlərin də sayı açıqlanıb.

"2026-cı ilin ilk 9 ayı ərzində 1958 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Onlardan 653 nəfər yalnız adını, 1087 nəfər soyadını, 7 nəfər yalnız ata adını, 10 nəfər isə hər üçünü dəyişdirib. Digərləri isə ad və soyadını, ad və ata adını, yaxud soyad və ata adını birlikdə dəyişdirib".

Qeyd edilib ki, ad, soyad və ya ata adını dəyişənlərin 483 nəfəri kişi, 1475 nəfəri isə qadındır.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin