Zelenski Trampa səsləndi: “Rusiyaya təzyiqləri artırın!” - VİDEO

Hazırda oxunan: Zelenski Trampa səsləndi: “Rusiyaya təzyiqləri artırın!” - VİDEO

641147

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlara səslənərək qeyd edib ki, Ağ Ev Rusiyaya qarşı sanksiyaları gücləndirməli, həmçinin Kiyevə maliyyə və hava hücumundan müdafiə (HHM) yardımlarını artırmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Çerniqov vilayətinin Priluk yaşayış məskənində Böyük Britaniyanın xarici işlər katibi Ed Milibənd ilə birgə jurnalistlərə açıqlama verən Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti Avropadakı təmaslardan sonra bu həftə ABŞ-a səfər edəcək və Donald Tramp administrasiyasının nümayəndələrinə lazımi siqnalları çatdıracaq.

Prezident qeyd edib ki, Vaşinqton sanksiyalar və digər tədbirlər vasitəsilə Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün təzyiq "dərəcəsini qaldırmalıdır".

Ölkəsinin geniş ərazisinə mütəmadi olaraq raketlərin düşdüyünü xatırladan Zelenski HHM sistemlərinin gücləndirilməsinin 1 nömrəli vəzifə olduğunu vurğulayıb və bu istiqamətdə tərəfdaşlardan, o cümlədən Böyük Britaniyadan dəstək gözlədiklərini diqqətə çatdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin