Tahir Şıxəliyev Türkiyədə keçirilən “Art Beyond Time” beynəlxalq sərgisində əsərlərini təqdim edib – FOTO

Hazırda oxunan: Tahir Şıxəliyev Türkiyədə keçirilən “Art Beyond Time” beynəlxalq sərgisində əsərlərini təqdim edib – FOTO

634160

Avqustun 31-də Türkiyənin Çeşmə şəhərində SAKÜDER Art Gallery tərəfindən təşkil olunan “Art Beyond Time — Zamanın Ötesinde Sanat” (“Zamanın fövqündə sənət”) beynəlxalq qrup rəsm sərgisinin açılışı keçirilib.

Bizim.Media xəbər verir ki, Sərgi Çeşmənin tarixi memarlıq abidələrindən biri olan və hazırda mədəniyyət və incəsənət tədbirlərinin keçirildiyi Müqəddəs Haralambos kilsəsində təşkil olunub.

Beynəlxalq layihəyə dəvət olunmuş rəssam qismində azərbaycanlı rəssam Tahir Şıxəliyev də qatılıb və sərgidə öz əsərlərini təqdim edib.
 

Ekspozisiya Türkiyə, Azərbaycan və Ukraynadan olan, müxtəlif yaradıcılıq istiqamətlərini və fərdi bədii yanaşmaları təmsil edən rəssamları bir araya gətirib. Beynəlxalq iştirakçı tərkibi fərqli sənət ənənələrinin və müasir bədii baxışların vahid məkanda dialoquna imkan yaradıb.


Tahir Şıxəliyevin bu sərgidə iştirakı rəssamın son illərdə davam edən beynəlxalq yaradıcılıq fəaliyyətinin növbəti mərhələsidir. Onun əsərləri müxtəlif illərdə Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgi və mədəniyyət layihələrində nümayiş etdirilib.

Qeyd edək ki, rəssamın SAKÜDER ilə əməkdaşlığının da öz tarixçəsi var. 2025-ci ildə Tahir Şıxəliyev beynəlxalq SAKÜDER Art Award mükafatına layiq görülüb.

Məlumat üçün bildirək ki, “Art Beyond Time — Zamanın Ötesinde Sanat” sərgisi 6 sentyabr 2026-cı il tarixinədək Çeşmədə davam edəcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin