Litva ordusu HIMARS sistemləri, özüyeriyən haubitsalar, PDM alacaq

Hazırda oxunan: Litva ordusu HIMARS sistemləri, özüyeriyən haubitsalar, PDM alacaq

619954

Litva hökuməti ölkənin Silahlı Qüvvələri üçün HIMARS uzunmənzilli raket artilleriya sistemləri, özüyeriyən haubitsalar, piyada döyüş maşınları (PDM) və pilotsuz uçuş aparatları (PUA) alacaq.

Bu barədə ordu komandanlığı məlumat yayıb.

Komandanlıqdan haqqında sözügedən texnikanın yeni yaradılacaq diviziya üçün sifariş olunacağı bildirilsə də, onların alınma vaxtını dəqiqləşdirməyib.

Həmçinin qeyd olunub ki, tank, artilleriya, kəşfiyyat, mühəndis batalyonlarının formalaşdırılması məsələsi nəzərdən keçirilir və yaradılacaq diviziya HIMARS uzunmənzilli raket artilleriya sistemləri, “Caesar” uzaqmənzilli özüyeriyən təkərli haubitsalar, “Vilkas” piyadaların döyüş maşınları, kəşfiyyat və zərbə PUA-ları əldə edəcək.

Qeyd edək ki, hazırda Litva ordusunda ən böyük hərbi birləşmə briqadadır.

Diviziyanın yaradılması 2030-cu ilə planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin