Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib

Hazırda oxunan: Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib

617986

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

"Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin mərkəzi aparatının nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq analizlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin