Yuşşenko: "Mən Putinə ölüm arzulayıram"xa0

Hazırda oxunan: Yuşşenko: "Mən Putinə ölüm arzulayıram"xa0

590531

Putinin həyatının hər günü minlərlə, milyonlarla insanın əzabı, bəziləri üçün isə ölümü deməkdir..."

 

"Putinin heç bir insani, kişi xüsusiyyətləri yoxdur, onun üçün ən böyük problem gülləni sol, yoxsa sağ gicgahına vurması olacaq..."

 

"Həyat yoldaşım elə hey ağlayır, ya sevincdən, ya kədərdən..."

 

"O, layiq olmadığı vəzifəni tutur, Sobçakın portfelini daşıması onun karyerasının pik nöqtəsidir..."

 

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Rusiya prezidentinə nə arzuladığını söyləyib.

Moderator.az xəbər verir ki, buna o, "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində aydınlıq gətirib.

 

Jurnalistin "Siz Rusiya prezidentinə nə arzulamaq istərdiniz?" sualına Yuşşenko belə cavab verib:

 

"Aydındır ki, ölüm arzulayardım, dünyasını dəyişməsini. Çünki onun etdikləri...O, Rusiyanı səmərəsiz, vəhşi edir. O, Rusiyanı yüz illər geriyə atır. Cəhənnəm olsun...", - o, deyib.

 

Onun sözlərinə görə, Putinin həyatının hər günü "minlərlə, milyonlarla insanın əzabı, bəziləri üçün isə ölümü deməkdir".

 

"Ona görə də mən düşünürəm ki, bu, çox humanist arzudur: onun ölümünü yaxınlaşdırmaq üçün hər şey etmək lazımdır. Nəzərə alsaq ki, onun heç bir insani, kişi xüsusiyyətləri yoxdur, düşünürəm ki, onun üçün ən böyük problem sol, yoxsa sağ gicgahına gülləni vurması olacaq", - eks-prezident deyib.

 

Yuşşenko deyib ki,  bu aylar ərzində tez-tez ağlayıb. "Birincisi, məni buna həyat yoldaşım sövq edir", - o, deyib.

 

O, izah edib ki, evində ən isti yer mətbəxdir və eleltrik olmayanda, nasoslar işləmir, başqa otaqlarda soyuq olur.

 

"Mətbəxə isə odun gətirilib, deməli, onun istisinə qızınırıq. Təxminən belə vəziyyətdir. Mətbəxə keçirəm, görürəm oturub ağlayır. "Katya, niyə ağlayırsan?" İki variant var. 

 

Birincisi-Xarkov vilayətində bir kənd azad edilib-ağlayır; ikinci kənd azad edilib-ağlayır. Sevincindən ağlayır. Onun Xarkov vilayətində valideynlərinin kəndi hələ azad edilməyib. O, gözləyir ki, nə zamansa oraya gedəcək, məktəbi bərpa edəcəklər. Bu coğrafiyanı izləyir və nəzarət edir. Beləcə, səhərdən axşamadək sevincindən ağlayır.

 

O zaman mən müdafiə nazirinə məktub yazıram: "Əhsən sizə, uşaqlar. Çox sağ olun. Mənim evimdə yenə göz yaşları axır. Bu,  sevinc göz yaşlarıdır", - Yuşşenko deyib.

 

O, qeyd edib ki, ikinci variant da var, həyat yoldaşı kədərdən də ağlayır. "İkincisi, mən evə gəlirəm, o, mənim hələ görmədiklərim xəbərlərə baxıb, mütləq ağlayacaq. Kədərdən, faciələrdən. O, dünən hansı oğulun qətlə yetirildiyini danışacaq...

 

Hamını öpüb, bağrına basacaq...18, 19 yaşlı gənc oğlanları...O, yaxşı bilir ki, bu oğullar haradan, nə zaman, hansı şəraitlərdə cəbhəyə yollanıb...", - sabiq prezident deyib.

 

Onun sözlərinə görə, o, evə gələndə həyat yoldaşının ağladığını görür və bu barədə danışır.

 

"Siz də onun yanında əyləşib ağlayırsınız?" - Qordon sual edib.
"Mən də ağlağan olmuşam...", - Yuşşenko etiraf edib.

 

Daha sonra Yuşşenko Putinin karyerasından danışıb. O, deyib ki, Putin bütün həyatı boyu uşaq komplekslərindən əzab çəkir.

 

"O, istəyir ki, hamı ona hörmətlə yanaşsın, ondan çəkinsin, kimsə ondan qorxsun. Bu, sambo və ya karateyə gedən və incidilən balaca uşağın kompleksidir...O, haraya gedib? Bütün bunlar insanın böyüyüb boya-başa çatdığı, ana südü ilə qəbul etdiyi şəraiti necə dağıtmaq barədə tarixçədir", - o, deyib.

 

Onun fikincə, Putin ona uyğun olmayan vəzifəni tutur. "Mən, məsələn, xronikaya baxıram, o, hava limanında çanta gəzdirir. O, Sankt-Peterburqun ilk meri Anatoli Sobçakın portfelini daşıyır...

 

Düşünürəm ki, bu, onun karyerasının pik nöqtəsidir. Çünki, əslində o, hər hansı kəşfiyyatçı olmayıb. Ən böyük vəzifəsi Drezdendə Mədəniyyət Evinin rəhbəri olmasıdır. Bu, ixtisasına görə, ən yüksək vəzifədir. Yerdə qalanlar tarixdir", - o, deyib.

 

//youtu.be/8Ng0G3nnC8M

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin