ABŞ-da xərçəng xəstəsi dostunun yanında qalan adam xəstənin vəziyyətindən narahat olduğunu deyən zaman həkimin qəzəbinə tuş gəlib. Həkimin ona qaşı zorakılıq etdiyi anlar xəstəxananın təhlükəsizlik kameraları tərəfindən saniyələrə qeyd edilib.
Moderator.az xəbər verir ki, ABŞ-ın Florida ştatında bir xəstəxanada qeyd edilən görüntülərdə həkimin xəstə yaxınını yumruqlayaraq döydüyü görünür.
xa0
Sözügedən şəxs dostuna tətbiq olunan müalicə metodlarından narahat olduğunu dedikdən sonra baş həkimlə görüşmək istədiyini söyləyib. Bundan sonra həkim əsəbiləşərək xəstənin dostuna şiddət tətbiq edib.xa0
Xəstəxana işçilərinin araya girməsi ilə davaya son qoyulub. Hadisədən sonra istintaq başlayıb və həkim icazə alaraq bir müddət işə gəlməyib. Prokurorluq həkimi günahsız hesab etdikdən sonra yenidən işinin başına qayıdıb.xa0
Kamran




































































































