Türkiyənin və Rusiyanın qəlbini fəth edən Gülsüm anayla, rus əsilli Ümidin həyatından film çəkiləcək.xa0
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada 2008-ci il avqustun 30-da yol qəzasına ağır yaralanan və həkimlərin yaşayacağına ümid etmədikləri gəncə Ümid adı qoyaraq, on il onun qulluğunda duran, öz övladlarından onu ayırmayan Gülsüm Kabadayı ilə Ümidin həyat hekayəsindən film çəkilir. “Bir Ümid” adlı filmi 2020-ci ildə ekranlara çıxarılacaq.xa0
Gerçək həyat hekayəsi üzərində çəkiləcək filmdə türk və rus artistləri oynayacaq. Filmin Türkiyə-Rusiya münasibətlərinə də müsbət təsir edəcəyi gözlənilir. Çünki türk qadının rus əsilli gəncə sahib çıxması Rusiyada da alqışla qarşılanıb.
Vasif Əlihüseyn






































































































