Britaniyada yeni müdafiə naziri təyin olundu

Hazırda oxunan: Britaniyada yeni müdafiə naziri təyin olundu

197573
Mühafizəkarlar Patiyasının təmsilçisi Qevin Uilyamson Britaniyanın yeni müdafiə naziri təyin olunacaq.

RİA “Novosti”x9d xəbər verir ki, bunu Britaniya hökumətinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ölkənin müdafiə naziri Maykl Fallon ötən gün istefa verib. Məlumata görə, nazir keçmişdə yol verdiyi qeyri-etik davranışının üzə çıxmasından sonra bu addımı atıb. M.Fallon qeyd edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb. O, həmçinin əlavə edib ki, baş nazir və parlamentin indi bu məsələyə ciddi yanaşması düzgün addımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin