Ankara meri Məlih Gökçək paytaxtda yenidən gərginlik yarandığını bildirib. Tvitter sosial şəbəkəsində açıqlama yayan mer xalqa çağırış edib. O, hər kəsi Qızılay Meydanına səsləyib:
“Hər kəs Qızılaya gəlsin. Ankarada, Etimesqut ilçəsində yenidən gərginlik yaranıb. Demokratiya qəhrəmanları iş başındadır”x9d.
Türkiyə mətbuatı onun bu açıqlamasının hərbi çevriliş tərəfdarlarının Ankarada yenidən fəallaşmasına eyham olduğunu yazıb.(Axar.az)
































































































