Rusiyanın məşhur NTVspor idman kanalı və dünyanın bir çox məşhur media orqanları argentinalı futbol ulduzu Lionlil Messinin 21 ay həbs cəzası aldığını qeyd edib.
Moderator.az xəbər verir ki, ispan məhkəməsi Messini və atasını 4,1 milyon avro miqdarında vergidən yayındığı üçün cəzalandırıb.

Lakin yerli qanunvericiliyə uyğun olaraq futbolçunun və atasının həbs cəzası 24 aydan az olduğu üçün onlar həbsxana həyatı yaşamayacaqlar. Lakin Messi 2 milyon, atası isə 1,5 milyon avro məbləğində cərimələnib.
Elmin Nuri
































































































