"Türkiyənin uğursuz xarici siyasəti onu təcrid vəziyyətinə gətirib"

Hazırda oxunan: "Türkiyənin uğursuz xarici siyasəti onu təcrid vəziyyətinə gətirib"

101216

Ankarada baş verən son terror olayı və bu terror aktının Suriya kəşfiyyatı tərəfindən törədilməsi ilə bağlı səsləndirilən iddialar onsuz da gərgin olanxa0 Türkiyə-Suriya münasibətlərinin daha da gərginləşəcəyi ilə bağlı ehtimallara yol açıb. Bəzi siyasilər iddia edir ki, əgər Ankara terrorunun arxasında həqiqətən də Suriya kəşfiyyatının dayanması faktı öz əksini taparsa, bu, iki dövlət arasında hərbi qarşıdurmaya gətirib çıxarda bilər ki, bu da regiondakı mövcud vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.

Maraqlıdır, Türkiyə Ankarada baş verən terror aktına görə Suriyanı cəzalandıra bilərmi? Rusiya faktoru bu məsələdə nə dərəcədə mühüm rol oynaya bilər?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli məlum insidentin Suriya və Türkiyə arasında hərbi qarşıdurmaya çevrilmə ehtimalının mümkün olduğunu vurğuladı. Lakin bununla yanaşı, ekspert Türkiyənin indiki həssas məqamda bu cür addım atıb-atmayacağını proqnozlaşdırmağın çətin olduğunu bildirdi:

"Beynəlxalq münasibətlərdə, dövlətlərarası münasibətlərdə bu cür məsələlərin öz həlli yolu var. Əgər bir dövlət başqa bir dövlətin ərazisində terror aktı törədirsə və həmin dövlətin bu əməli isbat edilirsə, bu, iki dövlət arasındakı münasibətlərin müharibə səviyyəsinə qədər gəlib çıxmasına səbəb olur.

Lakin indiki halda Ankaranın necə hərəkət edəcəyini proqnozlaşdımaq çətindir. Çünki ölkədə seçki prosesi gedir. Suriya tərəfinin arxasında Rusiya dayanır. Rusiya Türkiyəni təhdid etdi. İki dövlət arasındakı münasibətlər çox soyuqdur. Rusiya Türkiyəyə verdiyi qazın miqdarını da azaldıb. Hətta belə bir məlumat da yayıldı ki, Rusiya Ceyhan limanındakı neft terminalları ilə bağlı bəzi addımlar atmaq istyib və s.

Bu gün Türkiyə ətrafında baş verən hadisələr olduqca qorxulu və təhlükəlidir. Suriya kəşfiyyatının bunu törətməsini isbatlayan faktlardan biri də odur ki, bu terror xa0Rusiyanın Suriyaya geniş hərbi yardım göstərdiyi dönəmdə baş verib. Proseslər göstərir ki, Rusiyanın Suriyaya girməsi bu dövlətin yetkililərini xeyli ürəkləndirib. Suriya bu gün az qala Türkiyəyə meydan oxumaq səviyəsinə gəlib çatıb. Suriyanın təyyarələri iki dəfə sərhəd boyu patrul xidməti keçirən Türkiyəyə məxsus F-15 təyyarələrinə hücum edib. Türkiyə təyyarələri onları zərərsizləşdirmək iqtidarında olsa da, bu təyyarələrə atəş açmayıblar".

Ekspertin sözlərinə görə, Türkiyə indiki şəraitdə Suriya ilə münasibətləri gərginləşdirmək istəmir və bunu onun hər bir davranışında hiss etmək mümkündür:

xa0"Türkiyə Suriya ilə münasibətlərini gərginləşdirmək istəmir və buna da əsası var. Türkiyə həm qonşularla, həm də öz müttəfiqləri ilə münasiətdə ciddi xətalara yol verib. Vaxtiylə NATO Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə, Türkiyə bu sanksiyalara qoşulmadı. Əksinə, rus qazının Ukraynadan keçmədən Avropaya çatıdırlması ilə bağlı müqavilə imzaladı. Bu kəmərin tikintisi də başlayıb. Dəfələrlə NATO və digər Avropa ölkələri bəyan etdilər ki, biz Ukraynadan keçməyən qazı almayacayıq. Amma Ərdoğan özünün NATO-dakı müttəfiqlərinin istəklərini nəzərə almadı".

Q.Hüseynli Türkiyənin ABŞ-İraq savaşında da öz müttəfiqini çətin vəziyyətdə qoyduğuna diqqət çəkdi və bunun rəsmi Vaşinqton tərəfindən unudulmayacağını da vurğuladı:

"Amerika İraqa hücum edərkən rəsmi Ankaranın ortaya qoyduğu mövqe də yanlış və arzuedilməz oldu. ABŞ İraqa hücumu şimaldan-Türkiyə ərazisindən reallaşdırmaq istəyirdi. Ankara da buna öncə razılıq vermişdi. Hatay limanından İraq sərhəddinə qədər qoşunlar, ağır texnika daşındı, cəmləşdirildi. Sonra parlament qərar verdi ki, belə bir hücum Türkiyə ərazisindən reallaşa bilməz. Parlamentdəki dindar kəsimin bu məsələdə böyük rolu oldu. Bundan sonra rəsmi Ankara bəyan etdi ki, ABŞ İraqı Türkiyə ərazisindən vura bilməz. Bu, ABŞ çün çox böyük bir təhqir, eləcə də misilsiz zərbə idi. Bundan sonra ABŞ yenidən milyardlarla pul xərcləyərək hücum planını cənuba doğru dəyişdi. Öz qoşunlarını geri çağırdı və başqa istiqamətən hücum edərək Səddam Hüseyni devirdi. ABŞ isə kinli siyasət yürüdən dövlətdir. ABŞ ona qarşı edilən hərəkətlərin heç birini yaddan çıxartmır. Bu, dövlətlərin bir çoxu üçün keçərli olsa da, ABŞ siyasətində özünü daha kəskin vəxa0 daha qabarıq göstərir".

Politoloqun qənaətincə, Türkiyə-Rusiya münasibətlərinin hazırkı səviyyəsi Ankaranın Rusiya siyasətinin uğursuz olduğunu isbatlamaqdadır: "Ərdoğan Rusiya ilə dostluğa can atır, Şanxay birliyinə girməyə meyl edirdi. Bu gün isə Rusiya ilə münasibətləri kifayət qədər gərgindir. Bu azmış kimi NATO və ABŞ-la münasibətlər də yetərincə soyuyub. Yenidən bu münasibətləri bərpa eləmək, əvvəlki səviyyəsinə qaldırmaq da o qədər asan deyil. Türkiyənin yürütdüyü uğursuz xarici siyasət onun əhəmiyyətli dərəcədə təcrid olunmasına gətirib çıxartdı. Bu gün Türkiyənin durumu o qədər də xoşagələn deyil".

Q.Hüseynlinin bildirdiyinə görə, bütün bunlara baxmayaraq, Türkiyənin güc və potensialı onun yenidən toparlanması və əvvəlki münasibətlərini bərpa etməsinə imkan verir:

"Şübhəsiz ki, Türkiyə güclü dövlətdir. Türkiyə beynəlxalq münasibətlərdə sayılan dövlətdir.xa0 Ümid edirəm ki, bundan sonra yürüdülən ehtiyatlı siyasət Türkiyənin mövqelərinin bərpa olunmasına imkan verəcəkdir. Türkiyə üçün hazırda ən ciddi problem qızışdırılıb ortaya salınan PKK-dır. Türkiyə üçün bu problemin həlli qalan digər məsələlərdən daha mühüm önəm kəsb edir".

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin