“Tütək səsi”x9dnin Cəbrayılı vəfat etdi

Hazırda oxunan: “Tütək səsi”x9dnin Cəbrayılı vəfat etdi

95593
SSRİ-nin xalq artisti, moldovalı aktyor Mixay Volontir bu gün gecə 82 yaşında vəfat edib. Bu barədə “Sputnik Moldova”x9d agentliyi məlumat yayıb. 

Oxu.Az xəbər verir ki, aktyorun həyat yoldaşı Efrosinya Dobınde-Volontir onun ölümünə səbəbin uzan sürən xəstəliyin olduğunu bildirib. 

Son aylarda Mixay Volontir doğma Beltsı şəhərində xəstəxanada stasionar müalicədə olub, daha sonra Kişinyovda Respublika kliniki xəstəxanada müalicə alıb. 

Həkimlər bildirib ki, aktyorun xəstəlikləri yaşı ilə əlaqədar olaraq ağırlaşıb. 

Azərbaycan tamaşaçıları Mixay Volontiri rejissor Rasim Ocaqovun “Tütək səsi”x9d filmindəki Cəbrayıl rolu ilə tanıyırlar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin