“Azərbaycan xalqı torpaqlarımızın tezliklə azad olunmasını tələb edir”x9d -Zakir Həsənov

Hazırda oxunan: “Azərbaycan xalqı torpaqlarımızın tezliklə azad olunmasını tələb edir”x9d -Zakir Həsənov

85932


İyulun 15-dən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşüb.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata əsasən, ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarımızın tezliklə azad olunmasını tələb edir. Eyni zamanda Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin