Xocalı sakinlərindən keçmiş baş nazirə etiraz...

Hazırda oxunan: Xocalı sakinlərindən keçmiş baş nazirə etiraz...

76473

AVMVB-nin Xocalı, Bakı şəhəri Nizami şöbələrinin və "Veteran "qəzeti adından Moderator.az-a müraciət daxil olub. Həmin müraciəti oxucuların diqqətinə çatdırırıq:

“Rəhim Hüseynov tərəfindən verilmiş müsahibə ilə bağlı bir neçə nəfərin -Xocalı sakinlərinin etirazına səbəb olan fikirlərini diqqətinizə çatdırırıq. 
Keçmiş baş nazir Rəhim Hüseynovun Moderator.az saytına müsahibəsində deyilir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərinin, onun dinc sakinlərinin başına gələn müsibətlərini o vaxt Nazirlər Sovetinin sədri olan Həsən Həsənovla Ayaz Mütəllimov arasında soyuq münasibət olmuşdur. Rəhim Hüseynov hadisələrə elə don geyindirir ki, ermənilərin mənfur hərəkətləri kölgədə qalır. Dəhşətli gecənin şahidi olan mən -Səfərov Kamal Calal oğlu, ermənilərin bizə qarşı törətdikləri vəhşilikləri öz gözlərimlə görmüşəm. Xocalı şəhərində onun dinc sakinlərinə - qocalara, uşaqlara, körpələrə qarşı divan tutan ermənilər idi. Ona görə də illər keçdikdən sonra Rəhim Hüseynovun bu hadisələrə başqa don geyindirmək, insanların düşüncəsində yanlış fikirlər oyatmaq cəhdini pisləyirik. Onun əsassız fikirlərini ermənilərə xidmət kimi qiymətləndiririk".

Xocalı sakini Səfərov Kamal Calal oğlu bildirir ki, “həmin gecə mən anamı - Səfərova Pəri Muxtar qızını və dörd nəfər yaxın adamlarımı itirmişəm”x9d.


Xocalı şəhərindən məcburi köçkün, şəhid ailəsi Kərimov Əbülfət Rəşid oğlu keçmiş baş nazir Rəhim Hüseynovun müsahibəsi ikrah hissi oyadır: 

“Düz 23 il əvvəl 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin bizə qarşı etdiyi vəhşiliklər indiki kimi yadımdadır. Ermənilər evləri qarət edir, yandırırdılar. Meşədə bizi ermənilər əsir götürdülər, neçə gün ac-susuz saxladılar.

Ermənilər insanların hislərinə toxunan hərəkətlər edir, ölümcül döyurdülər, onların bizə etdikləri zülmlər göz qabağında idi. Qanlı-qadalı gecədə ermənilər atamı - Kərimov Rəşid oğlunu qətlə yetirdilər.
Bu qanlı hadisələri Həsən Həsənov və xalq cəbhəsinin üstünə atmaq, ermənilərin etdikləri ağlasığmaz vəhşilikləri pərdələmək, ermənilərin bu iddialardan yararlanaraq bizə qarşı təbliqat aparmasına şərait yaratmaq düzgün deyil.
Ona görə də mən Rəhim Hüseynovun tutduğu mövqeyi pisləyirəm, ona haqq qazandırmıram.Yaxşı olar ki, o, Xocalı faciəsinə öz şəxsi hissləri baxımından yox, haqq ədalət baxımından yanaşsın, ermənilərin etdiklərinə kölgə salmasın”x9d.

Hüseynov Nazim Mikayıl oğlu Qarabağ hadisələrinin başlanğıcından döyüşlərdə olub: “Qarabağ əliliyəm. 1992-ci ilin fevral ayı mənim üçün unudulmazdır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhəri od içində idi. Gözümüz qarşısında ermənilər və 366-cı motoatıcı alayın əsgərləri tərəfindən ahıl qocaları, uşaqları, qadınları öldürür, işgəncələr verirdilər.

Biz gecə Qar-Qar çayını keçib meşə ilə Ağdam tərəfə üz tutduq. Ermənilərin əlinə keçməmək üçün gizlənib saatlarla qarın içində qalmalı olurduq. Bizim dəstədə olan insanlardan neçə nəfəri güllələndi. Gələndə nələr görmədik biz - insanların qulaqları kəsilmişdi, meyidləri pis hala salmışdılar, belə ki, meyidləri məftil ilə xaç şəklində bir-birinə bağlamışdılar. Ermənilər insanın ağlına gəlməyən vəhşilikləri törətmişdilər. Ermənilərin bizə qarşı bu qədər qəddarlığını görə-görə gəlmişik. Buna görə də mən keçmiş baş nazir Rəhim Hüseynovun Moderator.az saytında verdiyi müsahibə məni çox təəccübləndirir. Onun öz şəxsi fikirlərini əsas tutaraq ermənilərin vəhşiliklərini ört-basdır etmək niyyəti mənə çox ağır gəlir. Rəhim Hüseynovun hərəkətlərini düşmən dəyirmanına su tökmək kimi qiymətləndirirəm, ermənilərin bizə qarşı elədiklərinə bərabər sayıram. Yaxşı olardı ki, Rəhim Hüseynov ermənilərin soyqırım törətdiyi Xocalı şəhərindən yazsın, orada qana susamış ermənilərin saysız-hesabsız vəhşiliklərindən yazsın. Rəhim Hüseynovun tutduğu mövqeyi pisləyirəm, ona düz yol seçməyi tövsiyə edirəm”x9d.

AVMVB-nin Xocalı və Nizami rayon şöbələrinin və "Veteran" qəzetinin işçiləri -baş redaktor Qafar Şamil oğlu Nuruyev,  redaktor Elnarə Kərimova Həmid qızı”x9d

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin