Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - SAXLANILDI - FOTO/VİDEO

643411

Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Bizim.Media xəbər verir ki, Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb.

Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir. (Qafqazinfo.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin