Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatıb.
Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq olub.
Rəngarəng fişənglərin yaratdığı mənzərə şəhərin gecə səmasını işıqlandırıb. Bayram tədbirlərinin möhtəşəm finalı kimi yadda qalan bu işıqlı görüntülər, şəhərin yeni simasının, burada canlanan ictimai-mədəni həyatın növbəti nümayişinə çevrilib.
Qeyd edək ki, Xankəndi, Ağdərə və Xocalı şəhər günlərinin keçirilməsi, bu ərazilərin tarixi və mədəni irsinin, eləcə də azadlıqdan sonra burada həyata keçirilən bərpa- quruculuq işlərinin ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.


Bizim.Media






































































































