Bir neçə gün əvvəl itkin düşən Bərdə sakininin meyiti Ağdamda kəhriz quyusundan tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində qeydə alınıb.
Meyiti aşkarlanan şəxsin Hacıyev Müşfiq Aqil oğlu olduğu müəyyənləşib. Bildirilir ki, Müşfiq Hacıyev Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib. Onun evə qayıtmamasından sonra ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Bizim.Media, Qarabağ bürosu





































































































