Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Hazırda oxunan: Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

637746

Ukraynanın Rusiyadakı ilk səfiri Vladimir Krıjanovski "Qlavkom" nəşrinə müsahibəsində bildirib ki, Kreml rəhbəri Vladimir Putin üçün Donbas uğrunda mübarizədə təbii sərvətlərdən əlavə, ideoloji və dini amillər də mühüm rol oynayır.  

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Krıjanovskinin sözlərinə görə, Rusiyaya mədən və faydalı qazıntılar lazım deyil (müqayisə üçün o, zəngin sərvətlərə malik Kemerovo vilayətini misal çəkib). Donbas Moskva üçün əsasən Ukraynanın cənubunu ələ keçirmək adına növbəti plasdarm kimi baxılır.  
 

Diplomat qeyd edib ki, Putin Ukraynadakı üç müqəddəs - Kiyev-Peçersk, Poçayev və Müqəddəs Dağ (Svyatoqorsk) lavralarından (Ukraynadakı pravoslav kilsəsinin üç əsas və ən müqəddəs monastırları) ən azı birini nəzarətə götürmək arzusu ilə yaşayır.


Cəbhə xəttinə ən yaxın olanı Svyatoqorsk lavrasıdır, digərləri isə ya uzaqda, ya da əlçatmaz yerdədir.  

Sabiq səfir hesab edir kiç Rusiyanın Ukraynanın digər cənub ərazilərinə doğru irəliləməsi yalnız Avropa və ABŞ-nin mövqelərindən zəifləyəcəyi təqdirdə mümkündür. Lakin əsas yükü hələ də Ukrayna hərbçiləri daşımaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin