Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Hadisə rayonun Liman qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan "Kia Ceed" markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində "Kia" markalı avtomobildə olan Cəlilabad rayon sakinləri Büsal Şahbazov, Sadiq Heydərov və Adil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 05.08.2026
Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - VİDEO
Hazırda oxunan: Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - VİDEO
Hazırda oxunan: Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - VİDEO
629453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































