Azərbaycanda ötən ay neçə nəfəri gün vurub?

Hazırda oxunan: Azərbaycanda ötən ay neçə nəfəri gün vurub?

629014

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2026-cı ilin iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Müraciət edənlərdən 4 nəfəri qadın, 15 nəfəri kişi, 3 nəfərin isə şəxsiyyəti naməlum olub.
 

Qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub. Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin