Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 27,2 faizi Rusiya Federasiyası, 22,0 faizi Türkiyə, 8,4 faizi İran, 5,0 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,3 faizi Çin, 2,0 faizi İsrail, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,8 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 faiz artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 faiz artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 faiz azalaraq 385,8 min nəfər olub.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə illik müqayisədə 6,3 faiz azalaraq 756,6 min nəfər təşkil edib. Vətəndaşların 40,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox), 17,3 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 11,2 faizi Gürcüstana (4,4 faiz az), 7,1 faizi İrana (39,7 faiz az), 23,7 faizi isə digər ölkələrə (11,3 faiz az) gedib, gedənlərin 67,3 faizi kişilər, 32,7 faizi qadınlar olub.
Xaricə gedənlərin 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media





























































































