Bu ildən etibarən “Baku Urban Award” adlı yeni mükafat da təsis edilir. Gələcək Dünya Şəhərsalma forumları çərçivəsində həmin mükafatın təqdimetmə mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Anar Quliyev qeyd edib ki, nazirlərin iclası da ilk dəfə fərqli formatda təşkil olunacaq və bunun üçün ayrıca xüsusi məkan ayrılıb. Bundan əlavə, forum çərçivəsində digər yeniliklər və müzakirə platformaları iştirakçılara təqdim ediləcək.
“Bu gün Bakı dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul etməyə, şəhərsalma və urbanizasiya sahəsində ən aktual məsələlərin müzakirəsi üçün əlverişli şərait yaratmağa hazırdır. Eyni zamanda, Azərbaycanda, xüsusilə Bakıda həyata keçirilən layihələr və görülən işlər barədə də qonaqlara ətraflı məlumat veriləcək”, – deyə Komitə sədri əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:34 / 17.05.2026
WUF13 çərçivəsində yeni beynəlxalq mükafat veriləcək - VİDEO
Hazırda oxunan: WUF13 çərçivəsində yeni beynəlxalq mükafat veriləcək - VİDEO
Hazırda oxunan: WUF13 çərçivəsində yeni beynəlxalq mükafat veriləcək - VİDEO
613620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































