Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var - FOTO

Hazırda oxunan: Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var - FOTO

609231

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza rayonun Qayğı qəsəbəsində qeydə alınıb.
 

Belə ki, “VAZ” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Bakir Quliyev hadisə yerində ölüb.


Avtomobildə olan sərnişinlər – 1980-ci il təvəllüdlü Habil Həsənov, 2008-ci il təvəllüdlü Polad Həsənov, 2013-cü il təvəllüdlü Murad Həsənov və 2014-cü il təvəllüdlü Razi Həsənov müxtəlif dərəcəli xəsarətlər alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, həlak olan şəxs baytarlıq həkimi olub.

Faktla bağlı araşdırma aparılır.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin